"Təcrübəsizlər də sevindirdilər"
11 Yanvar 2013 13:50 (UTC+04:00)
"Yuventus" klubunun baş məşqçisi İtaliya Kubokunun "Milan"a
(2:1) qarşı 1/4 final oyununu şərh edib. Məşqçi deyib: "Oyun çox
çətin alındı, biz qalib gəlmək istəyirdik və nəticədə qələbə
qazandıq. Gərək tez-tez meydana qələbə hissi ilə çıxaq.
"Sampdoriya" ilə kabus təkrarlana bilməzdi. Məni bu mövsüm oyun
təcrübəsi olmayan futbolçular da sevindirdilər: məsələn,
Storari ilə fəxr edirəm, o, əla oyun nümayiş etdirdi".