"Torresin heç bir günahı yoxdur"

11 Yanvar 2013 13:37 (UTC+04:00)
"Çelsi" klubunun baş məşqçisi Rafael Benitez komandasının İngiltərə Liqa kuboku çərçivəsində "Suonsi"yə məğlubiyyətini şərh edib. Oyundan sonra keçirilən mətbuat konfransında danışan ispaniyalı mütəxəssis məğlubiyyətin səbəbini bir nəfərin üzərinə atmağın düzgün olmadığını bildirib: "Rəqibin qapısı ağzında xeyli təhlükəli epizodlar yaratdıq. Lakin bundan yararlana bilmədik. Futbolda əsas təhlükəli vəziyyət yaratmaq deyil, qol vurmaqdır. Rəqibimiz yaxşı oynadı və güclü komanda olduqlarını sübut etdilər. Məğlubiyyəti təkcə Torresin üzərinə atmaq düzgün deyil. Buna bütün komanda üzvləri cavabdehdir. Torresin heç bir günahı yoxdur". Qeyd edək ki, "Çelsi" kubokun yarımfinal mərhələsinin ilk oyununda öz meydanında "Suonsi"yə 0:2 hesabı ilə uduzub.