Şagirdlərə pulsuz yemək veriləcək

11 Yanvar 2013 14:58 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Cənubi Koreyanın "Gwacheon" şəhərində növbəti dövrdən etibarən şagirdlərə havayı yemək paylanacaq. "Gwacheon" Milli Təhsil Adminstrasiyası bu gün verdiyi şərhdə ibtidai sinifdən başlayaraq orta məktəbin son sinifinə qədər bütün şagirdlərə günorta yeməklərinin məktəbdə havayı paylanacağını bildirib. Tətbiqin növbəti təhsil dövrü ilə başlanacağı bildirilib. Şərhdə tətbiqdən ibtidai sinfə gedən iki yaşında olan şagirdlərdən tutmuş orta məktəbin son sinifinə gedən şagirdlərə qədər təxminən 8 min uşağın faydalanacağı bildirilib. Verilən məlumata görə, tətbiq üçün 4 milyon dollardan çox büdcə ayrıldığı deyilib. "Gwacheon" şəhərindəki pulsuz yemək paylanması tətbiqinin bütün ölkəyə aid edilməsi gözlənilir.