Son 10 ilin ən ağır qripi

11 Yanvar 2013 15:30 (UTC+04:00)
Movqe.Az bildirir ki, ABŞ-da qrip epidemiyasından 18 uşaq ölüb, 2200 adam xəstəxanaya aparılıb. Amerikalı rəsmilər, ölkədə son 10 ilin ən ağır qrip epidemiyasının yaşandığını açıqlayıblar. Ümumiyyətlə yanvar ayında başlayan qrip mövsümünün bu il noyabr ayında ortaya çıxdığı və çox sayda adama təsir etdiyi bildirilib. Onlar xəstə sayının bu qədər yüksək olmasının ürək açan bir vəziyyət olmadığını qiymətləndirib. Epidemiyanın 41 əyalətdə yayıldığı bildirilib.