Şəxsi mesaj 100 dollar
11 Yanvar 2013 15:51 (UTC+04:00)
Movqe.Az bildirir ki, Texnologiya saytı
"Mashable", "Facebook"da Mark Zukerberqə abunə olmayıb ona şəxsi
mesaj göndərmək istəyənlərdən 100 dollar alındığını aşkar edib.
Bununla 100 dollar ödəyib göndərdiyiniz mesajların oxunması
istənməyən "Digər" hissəsinə getməsinin qarşısını ala bilərsiz.
"Facebook" "Digər" məktublar hissəsiylə o anda oxumaq istəmədiyiniz
məktubları ayırmağınızı təmin edir. Ancaq istifadəçilərin çoxu bu
tətbiqdən xəbərsizdir və bu tətbiq əhəmiyyətli ismarıcların bəzən
araya qarışmasına da səbəb olur. "Mashable"ın fərqli hesablardan
yoxladığı mesaj göndərmə sınaqlarında, yalnız Zukerberqi izləyənlər
üçün belə variant təqdim edildiyini aşkar edib. Zukerberqin
"Facebook"da 16 milyondan çox izləyəni var.
Bundan əlavə, xatırladaq ki, "Facebook" dekabr ayında sayt üzrə
mesaj göndərmə fəaliyyətini də pullu hala gətirməyi sınayacağını
açıqlamışdı. Belə ki, bir-biriylə yoldaş olmayan şəxslər qarşı
tərəfə mesaj göndərmək istədiyi zaman 1 dollar ödəyəcək. Bu ödəniş
yalnız bir dəfə alınacaq.