Qar sevincini rəqs edərək qeyd etdilər

11 Yanvar 2013 16:23 (UTC+04:00)
Movqe.Az bildirir ki, İraqın şimalında yerləşən Ərbil şəhərinə uzun bir müddətdən sonra ilk dəfə yağan qar xalqı sevindirib. Uşaqdan qocaya qədər küçələrə çıxan Ərbil xalqı qarın kefini doyana qədər yaşayıblar. Qarın sevincini  rəqs edərək qeyd edən gənclər,sonra qartopu oynayıblar. Hazırlıqsız qara tutulan sürücülər isə şəhər içində çətinlik çəkiblər. Neçə ildən sonra şəhərlərə yağan qarın sevincini yaşayan Ərbillilər, "Çox xoşbəxtik. Çox gözəl əyləndik. Çoxdandır qar görmürdük. Qar bizə bərəkət gətirəcək." şəklində sevinclərini dilə gətiriblər. Uşaqlar isə, ilk dəfə qar görməyin xoşbəxtliyini yaşadıqlarını bildiriblər.