"Twitter" hesabını bağladı
11 Yanvar 2013 16:50 (UTC+04:00)
Movqe.Az bildirir ki, Hollivudun tanınmış
simalarından olan Meqan Foks 2013-cü ildə insanlarla ictimai media
vasitəsilə deyil üz-üzə görüşmək qərarı aldığını söyləyərək
"Twitter" hesabını bağlayacağını söyləyib. ABŞ-lı aktrisa ictimai
mediada yazdığı "Twitterin nə mənası var?" mesajından sonra yalnız
bir həftə açıq tutduğu "Twitter" hesabını bağlayacağını açıqlayıb.
Ulduzun 3 yanvar açdığı "Twitter" hesabında bir həftədə 250 min
izləyəni olmuşdu. Foks ictimai mediadakı həyatına "Facebook"la
davam edəcəyini söyləyib. "Facebook"dakı səhifəsinə yazdığı
mesajlarla pərəstişkarlarına belə səslənib: " Xəbəriniz oldu mu
bilmirəm,amma "Twitter" hesabımı bağladım. 2013-cü ildə əsl bir
ictimai media kəpənəyi olacağımı düşünmüşdüm. Lakin vəziyyət elə
oldu ki, ictimai mediadan nifrət etdim. Sizi sevirəm, amma heç bir
zaman ictimai media qızı ola bilməyəcəyəm. Əlimdən gəldiyi qədər
"Facebook"da olacağam."