20 Yanvar Brüsseldə anılacaq

11 Yanvar 2013 16:50 (UTC+04:00)
Bildiyiniz kimi qarşıdan 1990cu il yanvarın 20-də Sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş kütləvi qırğının ildönümü gəlir. Bu məqsədlə həm ölkəmizdə, həm də ölkəmizdən kənarda müxtəlif tədbirlər keçiriləcək. Belə tədbirlərin biri də Brusseldə keçiriləcək. Belçika Azərbaycanlıları Cəmiyyəti faciənin qurbanlarını anmaq və beynəlxalq qurumların və avropa ictimaiyyətinin diqqətinə çatdırmaq üçün konfrans düzənləməyi qərara alıb.
Konfrans "20 Yanvar Azərbaycan xalqının qanlı və şərəfli tarixidir" mövzusunda keçiriləcək. Konfransda 20 Yanavar faciəsini əks etdirən filmin ingilis dilində nümayiş olacaq, müxtəlif çıxışlar və fikir mübadilələri olacaq. Bundan başqa konfransa Avropa Parlamentinin, Avropa İttifaqının, bir sıra xarici diplomatik korpusların nümayəndələri, Belçikada yaşayan azərbaycanlılar, yerli belçikalıların da iştirakı gözlənilir.