Fironun məbədində məzar tapıldı
11 Yanvar 2013 18:35 (UTC+04:00)
Movqe.Az bildirir ki, Misirdə Kral II
Amenhotepin məbədində çoxlu qəbrin olduğu bir qəbiristanlıq və
müxtəlif tarixi əsərlər tapılıb. Misir Tarixi Əsərlər naziri
Məhəmməd İbrahimin verdiyi yazılı müsahibəsində, Əl-Uksur şəhərində
yerləşən Kral II Amenhotepin məbədində qəbiristanlıq taöıldığını
bildirib. E.ə.1075 və 665-ci illər arasındakı dövrə aid olduğu
ifadə edilən qəbirlərin tarixi əsərlər üzrə çalışan italiyalı bir
heyət tərəfindən ortaya çıxarıldığını söyləyən İbrahim, daşdan
hazırlanan məzarların hər birində taxta tabutlara, böyük heykəllərə
və qablara rast gəlindiyini vurğulayıb. Üksür Tarixi Əsərlər müdiri
Mənsur Berik, qəbiristanlıqdan tapılan 9 qabın tarixi əsərlər
xəzinəsinə göndəriləcəyini və araşdırma işlərinin davam
etdirələcəyini qeyd edib.
Xatırladaq ki, XVIII Firon ailəsinin VII kralı olaraq tanınan II
Amenhotep e.ə. 1427-1401-ci illər arasında Misirə hökmdarlıq
edib.