Qalmaqala səbəb olan imza

11 Yanvar 2013 17:45 (UTC+04:00)
Movqe.Az bildirir ki, Amerikalılar bu yaxınlarda Maliyyə Nazirliyi kreslosuna keçməsi gözlənilən Cek Leunun imzasını görüb, onun vəzifəyə keçməsini istəmirlər. ABŞ prezidenti Barak Obamanın yaxın zamanlarda Maliyyə Nazirliyi vəzifəsinə Cek Leunu təyin etməsi gözlənilir. Ancaq Amerika xalqı bu vəziyyətdən narazıdır. Səbəbi isə yeni dollarlar üzərində Leunun bu fərqli imzasının olacağıdır. Nazir namizədinin imzası "uşaq" yazısından ibarətdir. Dəyişdirməsi tələb olunur. Leunun imzası ilk dəfə müzakirə olunmur. 2011-ci ildə Ağ Ev gündəliklərini imzaladığı zaman ilk dəfə görülən bu vəziyyət, o zaman da  internetdə söz-söhbətə səbəb olmuşdu. İndi isə amerikalılar bu imzayla gündəlik həyatlarında davamlı qarşı-qarşıya gələcək olmalarından narazı qalaraq, Leudan imzasını dəyişdirməsini tələb edirlər.