Amerikanın ən çox sevilənləri
11 Yanvar 2013 17:23 (UTC+04:00)
Movqe.az xəbər verir ki, hər il
xalqın səsverməsi ilə Amerikanın
ən bəyənilən məşhur
mədəniyyət ikonlarına
verilən "People 's
Choice Awards" Los
Angelesdəki Nokia Teatrında
sahiblərini tapıb. Çərşənbə
gecəsi 39-cu dəfə
təşkil edilən mükafat
mərasimində bu il
ən bəyənilən pop
müğənni, qadın sənətçi
və "Part of Me"
klipiylə ən sevilən musiqi
videosuyla mükafat alan
Katy Perry olub.
Hətta məşhur müğənninin
fan qrupu
"KatyCats"də ən
bəyənilən fan qrupu
mükafatını alıb. Böyük
kassa rəqəmləri əldə
edən "Aclıq Oyunlar"ı
filmi isə ən bəyənilən
film mükafatlarını
alıb. "The Big
Bang Theory" serialının
aktyoru Kaley Kuokonun
aparıcılığını etdiyi gecədə
Kristina Aquilera, Alisia
Keys və Ceyson
Aldean səhnəyə çıxıb.
Gecədə, ən bəyənilən
kişi aktyor Robert
Douney Jr., qadın
aktrisa Cenifer Laurens,
film ikonu Meril
Strip, R &
B müğənni Rihanna,
musiqi qrupu Marun
5 və Taylor
Svift seçilib.