"Montreux jazz" festivalının qurucusu dünyasını dəyişdi
11 Yanvar 2013 19:15 (UTC+04:00)
Movqe.Az bildirir ki, Dünya tərəfindən
məşhur "Montreux Jazz" festivalının qurucusu Klaude Nobs 76 yaşında
vəfat etdi. Nobsun keçirdiyi xizək qəzası nəticəsində İsveçrənin
Lozanna şəhərindəki bir xəstəxanaya aparıldıqdan sonra öldüyü
açıqlanıb. 24 dekabrda Montreuks yaxınlarındakı Kauks astanasında
sürüşərkən yıxılıb yaralanan Nobs aparıldığı xəstəxanada əməliyyat
edilib və əməliyyatdan sonra komaya girib. Nobs, 1967-ci ildə
İsveçrədə bir turizm şirkətində işləyərkən "Montreux Jazz"
festivalının quruculuğunu boynuna götürüb. O tarixdən bu yana, hər
il yay aylarında Monteuksda təşkil edilən "Montreux Jazz
Festivalı"nın adı dünyanın ən əhəmiyyətli sənət fəaliyyətləri
arasında çəkilir.