Hökumət Evinin arxasından bomjun meyidi tapıldı

11 Yanvar 2013 17:40 (UTC+04:00)
Bu gün Bakı şəhərinin Səbail rayonu ərazisində kişi meyiti tapılıb. Lent.az-ın məlumatına görə, Puşkin küçəsi, 5 ünvanının qarşısında (Hökumət Evinin arxa tərəfi) 45-50 yaşlı kişiyə məxsus meyit aşkarlanıb. İlkin araşdırmalar nəticəsindən məlum olub ki, ölən şəxs 1966-cı ildə Şəmkir rayonunda anadan olmuş Ələkbərov Heydər Ələsgər oğludur. Məlumata görə, H.Ələkbərov xeyli müddətdir küçələrdə gecələyirmiş. Qeyd edək ki, paytaxtda havanın temperaturu mənfiyə enən kimi Bakının müxtəlif yerlərində səyyar sığınacaqlar yaradılması planlaşdırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib ki, sığınacaqlarda gündə 3 dəfə yemək, isti çay və ilk tibbi xidmət göstəriləcək.