Facebook yenə birincidir

11 Yanvar 2013 17:51 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Türkiyədə Facebook istifadəçiləri 28, 9 milyon olduğu təqdirdə Azərbaycanda 1 milyona yaxın insan sosial şəbəkədən istifadə edir. Facebook sosial şəbəkəsi 137 ölkədən 127-də ən çox istifadə edilən internet sayt kimi tarixə düşüb. Bu, ictimai media mütəxəssisi Vinçenzo Kosenzanın hazırladığı hesabat zamanı məlum olub. Sosial şəbəkənin ən çox istifadəçiləri 278 milyon nəfərlə Asiya qitəsində yerləşir. Facebook-a ən çox daxil olan ikinci qitənin səkinləri isə 251 milyon nəfərlə Avropadır.
Qeyd edək ki, aralarında Ermənistan, Latviya, Qırğızıstan və Vyetnamın da olduğu 10 ölkədə isə Facebook o qədər də populyar deyil. Əksinə Şimali Amerikada Facebook istifadəçiləri 243 milyon nəfər təşkil edir. Cənub amerikalılardan 142 milyon, afrikalılardan 52 milyon, okeaniya ölkələrindən isə 15 milyonu daimi olaraq sosial şəbəkəyə daxil olur.
Məlumat üçün bildirək ki, Türkiyədə Fecbook istifadəçiləri 28, 9 milyon olduğu təqdirdə Azərbaycanda 1 milyona yaxın insan sosial şəbəkədən istifadə edir.