ARDNŞ Qazıməmməd-Qazax qaz kəmərindəki partlayışla bağlı açıqlama yayıb

11 Yanvar 2013 18:14 (UTC+04:00)
Partlayışla bağlı Göyçayda 6 kənd və rayon mərkəzinin 1500 abonentinin qaz təchizatı dayandırılıb
Azərbaycan Dövlət Neft Şirkəti Qazıməmməd-Qazax magistral qaz kəmərində baş vermiş partlayışla bağlı açıqlama yayıb. Məlumata görə, qəza ilə əlaqədar Göyçay rayonunun 6 kəndi və rayon mərkəzinin 1500 abonentinin qaz təchizatı dayandırılıb.
"Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Araz Ağayevin verdiyi məlumata görə, qəzanın operativ olaraq aradan qaldırılması məqsədi ilə qurum tərəfindən bütün mümkün tədbirlər həyata keçirilir.
Təmir işləri aparılan müddətdə respublikanın digər yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olmayacaq.