"Coca-Cola" ölümə səbəb oldu

23 Aprel 2012 17:40 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Yeni Zelandiyanın İnvercarqill şəhərində yaşayan Nataşa Harris 2010-cu ildə ürək tutmasından ölüb.

8 uşaq anası Harrisin ölüm səbəbini araşdıran Patoloq Dr. Dan Morninin gənc qadının pis qulluq gördüyünü və gündə 8-10 litr arası kola içdiyini etdiyini, bunun da bədənindəki kalium nisbətinin düşməsinə səbəb olduğunu söyləyib.


OYANANDA İLK İŞİ KOLA İÇMƏK OLUB

Harrisin həyat yoldaşı Kris Hodkinson məsələylə əlaqədar əlaqədar şəxslərə məlumat verərək bunları söyləyib: "Səhər oyandığı zaman ilk işini gördü, yəni kola içdi. Koladan asılı idi."

Otago Universitetindən qida mütəxəssisi Lisa Te Morenqa hər hansı bir içkini həddindən artıq miqdarda istehlak etməyin bədənin təbii tarazlığını pozacduğunu açıqlayıb.

"Coca-Cola" şirkətinin sözcüsü Karen Tompson da mövzuyla əlaqədar bir açıqlama verərək bunları söyləyib: "Məhsullarımız etibarlıdır. Qeyd edilən tibb qurumunun "Su da daxil olmaqla hər hansı bir içkinin, ya da yeməyin həddindən artıq istehlak edilməsi sağlamlığa zərərlidir" şəklində verdiyi açıqlamaya qatılırıq."


Tural QABİLOĞLU