65 min tələbənin güzəştli tələbə kartı var

12 Yanvar 2013 10:40 (UTC+04:00)
"Azərbaycan gəncliyi 2011 - 2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində tələbələrə indiyədək müəyyən güzəştlər verən 65 min tələbə kartı artıq paylanılıb. Trend-in məlumatına görə, bunu Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayilov deyib. Onun sözlərinə görə, kartların paylanılması hazırda da davam edir. Kart sahibi olan tələbə-gənclər ölkənin müxtəlif mağazalarında, əyləncə və alış-veriş mərkəzlərində, komputer mağazalarında və bu kimi digər yerlərdə 5%-dən 50%-ə qədər endirimlər əldə edirlər. İsmayilov bildirib ki, kart daşıyıcıları üçün güzəştlərin tətbiq olunduğu bütün obyetklərin vahid kataloqu da hazırlanaraq paylanılır. Eyni zamanda, tələbə kartı ilə bağlı problemlərin aradan qalıdırlması və əlavə məlumat üçün xüsusi qaynar xətt (187) də yaradılıb. Xatırladaq ki, "Azərbaycan Tələbə kartı" layihəsi ATGTİ-nin təklifi əsasında Dövlət Gənclər Proqramına daxil edilib. Hazırda bu layihə ATGTİ, Gənclər və İdman və Təhsil nazirlikləri ilə birgə "Xəzər" İnvestisiya Mərkəzi tərəfindən reallaşdırılır.