Dəm qazı daha iki can aldı

14 Yanvar 2013 10:20 (UTC+04:00)

Sumqayıtda bir gecədə iki nəfər dəm qazından boğulub. Bu barədə Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib. Məlumata görə, Tağıyev qəsəbə sakini, 1965-ci il təvəllüdlü Şəhla İbrahimova və şəhərin 4-cü mikrorayonunda yaşayan, 1974-cü il təvəllüdlü Rəna Alışova yaşadıqları evin hamamında dəm qazından boğularaq ölüblər. Hər iki faktla bağlı araşdırma aparılır.