Taksi sürücüsü olan qadın döyülüb

14 Yanvar 2013 12:05 (UTC+04:00)
Bakıda taksi sürücüsü olan qadın döyülüb. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, "London" MMC-nin əməkdaşı, taksi sürücüsü Babayeva Şəmsiyyə Fikrət qızı şikayət ərizəsi ilə müraciət edib. Qadın bildirib ki, Neftçilər prospektində otellərdin birinin qarşısında müştəri gözləyərkən, "London taksisi" sürən həmkarının hücumuna məruz qalıb. Niyazi adlı həmin sürücü qadını yumruqla vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Ş.Babayevanın müraciətindən sonra 1967-ci ildə Ağdam rayonunda anadan olmuş və Bakının Həsənoğlu küçəsində yaşayan Niyazi Yusifov 39-cu Polis Bölməsinə çağırılıb. Onun izahatı alınıb. İlkin məlumata görə, 46 yaşlı taksi sürücüsü qadın həmkarını müştəri üstündə döyüb. Araşdırmalar davam etdirilir.