Təhsil nazirliyi TQDK-ya ismarıc göndərdi

14 Yanvar 2013 13:10 (UTC+04:00)
Bu gündən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 5-ci sinif Azərbaycan-dili dərsliyinin monitorinqinə başlayıb. Bu məlumatı Movqe.az-a Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı verib. Onun sözlərinə görə, TQDK tərəfindən dərsliklərin monitorinqinin aparılmasının mahiyyəti dərsliklərin səhvlərdən təmizlənməsinə və cilalanmasına xidmət edən bir işdir. Odur ki, Təhsil nazirliyi bu monitorinqin kemçirilməsinin əleyhinə deyil. Amma F. Şahbazlı dərsliklərdə plagiat axtarışının qeyri-çiddi iş olduğunu söylədi: "İsimə verilən tərifi götürək, bu tərifi müəllif durub dəyişməyəcək ki. Yaxudda hansısa elementdən İngiltərədə də, Rusiyada da dərsliklərdə istifadə olana bilər. Bu o demək deyil ki, həmin elementdən bizim müəlliflər istifadə etməli deyil".
Şöbə müdiri istisna hallarda bir dərslikdə bir neçə elementin oxşar olma hallarının mümkün olduğunu söylədi: "Buna görə isə Qiymətləndirmə Şurasının heyyətini günahlandırmaq olmaz. Onlar bunu bilməyə də bilər. Belə götürəndə bilmək hec borcları da deyil. Amma əlbəttə, müəllif özü buna görə məsuliyyət daşımalıdır. Əgər hər hansısa dərslikdə belə köcürmə halları tez-tez təkrarlanarsa Şura həmin müəllifə xəbərdarlıq edəcək ki, növbəti tenderlərə qatılmaq haqqını itirə bilər. Bütövlükdə götürdükdə isə hec vaxt bütöv bir dərsliyin plagiat olmasından söhbət gedə bilməz. Fikrimcə, TQDK bu monitorinqi dərsliklərdən səhvlərin yığışdırılması, dərsliklərimizin cilalanmasına xidmət edən bir tədbir kimi həyata kecirməlidir. Bir-birimizdə məqsədli şəkildə eyib axtarmağa qalası olsa nə qədər desən eyib tapmaq olar".