Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü yanvarın 28-ə təyin olundu

14 Yanvar 2013 13:14 (UTC+04:00)

Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair görüşü yanvarın 28-ə planlaşdırılıb. Bu barədə mətbuat konfransında APA-nın sualını cavablandıran Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. O qeyd edib ki, ATƏT-in Minks görüş yanvarın 28-də baş tutmalıdır, lakin görüşün formatı hələlik məlum deyil: "Çünki həmsədrlər hələlik bu məsələ ilə bağlı təkliflərini təqdim etməyiblər".
Görüş Parisdə baş tutacaq.