Sabirabadda reydlərə başlanılacaq

14 Yanvar 2013 14:20 (UTC+04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sabirabad rayonunda reydlərə başlayacaq. Bu məlumatı Movqe.az-a Komitənin Uşaq problemləri şöbəsinin rəhbəri Cəmilə Bağırova verib. Onun sözlərinə görə, bu ilin ilk reydi Sabirabad rayonundakı internet klublarda aparılacaq. C. Bağırova hazırda bunun üçün hazırlıq işləri aparıldığını, rayonun müvafiq instansiyalarına məktublar göndərildiyini söylədi: "Bizim şöbənin əməkdaşları yanvar ayının sonundan etibarən Sabirabadda reydlər keçirəcək, reydlər zamanı dərs vaxtı İnternet klublarda yoxlamalar aparacaqlar.Yerli rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayan uşaqlarla iş şöbəsinin əməkdaşları da həmin məktəblilərin valideynləri ilə danışıqlara cəlb olunacaq. Layihənin məqsədi məktəblilərin dərsdən yayınmasının qarşısını almaqdır".