12 ildən bir keçirilən festivala start verilib

14 Yanvar 2013 15:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Hindistanda 50 milyondan çox şəxsin iştirakının gözlənildiyi dünyanın ən böyük dini təşkilatı olaraq adı çəkilən "Kumbh Mela" festivalı bu gün Allahabad şəhərində səhərə qarşı Qanqa çayına Hindi Sadhuların müqəddəs suya baş vurması ilə başlayıb.Milyonlarla Hindunun iştirakı gözlənilən festival üçün Allahabadda sanki yeni bir şəhər qurulub. Bölgədə festival səbəbindən geniş təhlükəsizlik tədbirləri alınıb​​. Yollara festival bölgələrinə təhlükəsizlik kameraları yol üçün GPS sistemləri qurulub, mümkün izdihama qarşı da tədbirlər alınıb​​. Yerli rəhbərlik verdiyi şərhdə, bölgə üçün 30 min polis, 243 həkim ayırdığını, həmçinin də 40 min müvəqqəti tualet qurulduğunu açıqlayıb. Hökumət cari illərdə meydana gələn izdihamlardakı ölüm hadisələrini nəzərə alaraq bölgəyə xüsusi tənzimləyici piyada nəqliyyatı sistemləri qurub. Festivalın təşkilatı üçün hal-hazırda 210 milyon dollar xərcləndiyi, bölgədə 55 gün ərzində 4 milyard dollarlıq ticarətin olması gözlənilir. 2001-ci ildə təşkil edilən Kumbh Mela festivalında ilk gün müqəddəs suya baş vurmaya 40 milyon Hindi qatılmışdı. Rəsmilər bu il 55 günlük festival müddətində 50 milyondan çox Hindunun Allahabadı ziyarət edəcəyini təxmin edir.