Galaxy S4 nə vaxt gələcək?

14 Yanvar 2013 15:13 (UTC+04:00)
Movqe.Az bildirir ki, Samsung, Galaxy S ardıcıllığı istehsalında 100 milyonu keçib. Müasir standartlara cavab verən telefon bazarında sürətlə inkişaf edən şirkət, "Galaxy S"də 25 milyon, "Galaxy S2"də 40 milyon və "Galaxy S3"də 41 milyon satış rəqəminə çatıb. Bazarda özünə əhəmiyyətli bir yer əldə edən şirkət 2010-cu ilin may ayının sonuna doğru "Galaxy S" ilə bazara girib. Samsungun "Galaxy" ardıcıllığının dödüncü telefonu olması gözlənilən "Galaxy S4" bu yayın əvvəlində satışa çıxarılması gözlənilir.