saat: 12:33
Ölkənin 20-dək aparıcı Kütləvi İnformasiya Vasitəsinin rəhbəri
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə
Naxçıvan Muxtar Respublikasına səfər edib. Movqe.az-ın məlumatına
görə, səfər çərçivəsində, Naxçıvan Texniki Kollecində Azərbaycan
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə“Mərkəzi və yerli icra
hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında
əməkdaşlığın genişləndirilməsi” mövzusunda regional konfrans
keçirilir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş
şöbəsinin Rəhman Məmmədov, KİVDF-nin icraçı direktoru Vüqar
Səfərli, deputat Aqil Abbas, ölkənin aparıcı Kütləvi İnformasiya
Vasitələrinin rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının
rəhbərləri,şəhər ictimaiyyətinin nümayəndələri, yerli nəşrlərin baş
redaktorları, iştirak ediblər. Qonaqları salamlayan Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və
ictimai təşkilatlarla iş şöbəsinin Rəhman Məmmədov Naxçıvanda bu
konfransın keçirilməsinin əhəmiyyətini vurğulayaraq, dövlət KİV
münasibətlərindən söz açdı. R. Məmmədov bildirdi ki, Ulu öndər
hakimiyyətə gəldikdən sonra dövlətin mediaya münasibəti müsbət
mənada dəyişərək, KİV-lərə dövlət qayğısı artıb: "Ulu öndər ilk
müsahibəsini Naxçıvana qayıtdıqdan sonra "Şərq qapısı " qəzetinə
verib. R. Məmmədov Naxçıvanda fəaliyyət göstərən yerli KİV-lər
haqqında da məlumat verib: "Muxtar Respublikamızda 1 muxtar
respublika qəzeti, 8 şəhər və rayon qəzeti, 4 jurnal, universitet
televiziya və radiosu da daxil olmaqla 3 televiziya, 3 radio və 6
nəşriyyat var.Muxtar respublikanın bütün rayonlarında fəlaiyyət
göstərən mətbuat orqanlarına normal iş şərait yaradılıb, onların
maddi-texniki bazası gücləndirilib. "Şərq qapısı" qəzet
redaksiyası, "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi yeni bina və
avadanlıqlarla təmin edilib. "Əcəmi" Nəşriyyat-Poliqrafiya
Birliyində quraşdırılan müasir çap avadanlıqları hesabına artıq
muxtar respublikada işıq üzü görən bütün qəzet və jurnallar tam
rəngli, yüksək poliqrafik keyfiyyətlə nəşr olunur. Naxçıvan Dövlət
Universitetində "Jurnalistika" kafedrası fəaliyyət göstərir.
Həmçinin buradakı "Universitet televiziyası" və "Nuhçıxan"
radiosunda gənc jurnalistlər nəzəri biliklərə yiyələnirlər. Muxtar
respublikanın nazirlik, komitə və agentliklərində mətbuat
xidmətləri fəaliyyət göstərir. Onlar mətbuatla sıx əməkdaşlıq
edirlər".
Natiq konfransın işinə uğurlar arzulayıb.
Daha sonra çıxış üçün söz KİVDF-nin icraçı direktoru Vüqar
Səfərliyə verilib. V. Səfərli Naxçıvanın
inkişafının göz qabağında olduğunu, ilk dəfə 20 nəfərlik media
heyyətinin Naxçıvanda belə böyük konfrans keçirdiyini, media
rəhbərlərinin bu tədbirə qatıldıqlarını söyləyib. V. Səfərli
ümummilli lider Heydər Əliyevin hakimiyyətinin ilk illərindən
başlayaraq ölkədə kütləvi informasiya vasitələrinin inkişafı və
mətbuat azadlığının təmin olunması istiqamətində gördüyü mühüm
işlərdən danışıb, bu siyasətin hazırda Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini
vurğulayıb.
V. Səfərli ulu öndərin mətbuatın inkişafında əvəzsiz
xidmətləri olduğunu da konfrans iştirakçılarının diqqətinə
çatdırıb: "1998-ci ilə qədər mətbuat üzərində senzura var idi. Çox
vaxt qəzetlərin səhifələri ağ çıxırdı. Mətbuat mətbəə çətinlikləri
ilə üzləşirdi. Mətbəələrin azlığı, kağız qıtlığı qəzetlərin
inkişafına öz mənfi təsirini göstərirdi. Demək olar ki, qəzetlərin
əksəriyyəti "Azərbaycan" Nəşriyyatında çapdan çıxırdı. Artıq
müstəqil qəzetlərin maliyyə problemləri yaşanmaqda idi. Yığılıb
qalan borclar qəzetlərin bağlanması təhlükəsini yaratmışdı. Həmin
dövrdə qəzetlərin "Azərbaycan" Nəşriyyatına 450 min dollar
məbləğində borcu var idi. Belə bir zamanda qəzet redaktorları Ulu
öndər Heydər Əliyevə müraciət etdilər və Ulu öndər onları qəbul
edərək problemlərini dinlədi və qəzetlərin borcunun 3 il müddətinə
dondurulması haqqında göstəriş verdi. Verilən müddət bitsə də
borclar ödənilmədi və demək olar ki, bir az da artdı. 3 ildən sonra
isə Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən
həmin borclar silindi. Bundan sonra da mətbuatın inkişafı daim
dövlətin diqqət mərkəzində oldu. Mətbuatın bayramının keçirilməsi
də məhz dövlət dəstəyi ilə gerçəkləşdi".
Hazırda KİVDF-nin vasitəsilə mətbuata dövlət qayğısının davam
etdirildiyini söyləyən V. Səfərli, 2008-ci ildən qəzetləri
böhrandan çıxartmaq üçün dövlət proqramının qəbul olunduğunu, bu
konsepsiyadan irəli gələn məsələlərin həlli üçün Azərbaycan
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun yaradıldığını söylədi: "Bu Fond vasitəsilə
jurnalistlərin peşəkarlığının artırılması üçün bir sıra layihələr
gerçəkləşib. Fond 8 ilə yaxındır ki, fəaliyyət göstərir. Ümumilikdə
bu günə qədər Fondun hesabına 26 milyon 795 min manat vəsait
köçürülüb ki, o vəsait də əsasən çap mediası olmaqla yerli KİV-lərə
göndərilib".
Tədbirdə daha sonra millət vəkili Aqil Abbas, media rəhbərləri
çıxış ediblər. Konfrans işini davam etdirir.
****
saat: 09:51
Ölkənin 20-dək aparıcı Kütləvi İnformasiya Vasitəsinin rəhbəri
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə
Naxçıvan Muxtar Respublikasına səfər edib. Movqe.az-ın məlumatına
görə, səfər çərçivəsində, Naxçıvanda Azərbaycan Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun təşkilatçılığı ilə "Mərkəzi və yerli icra hakimiyyəti
orqanları ilə kütləvi
informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda regional konfrans keçiriləcək. Səfərdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, ölkənin aparıcı Kütləvi İnformasiya Vasitələrinin rəhbərləri iştirak edirlər. Səfər çərçivəsində KİV nümayəndələri Naxçıvanın tarixi memarlıq və mədəni abidələri ilə tanışlıq nəzərdə tutulub.
Zülfiyyə Quluyeva