Bakcell planşet və USB modemlər üçün Əsl Limitsiz internet paketlərini təqdim edir

14 Oktyabr 2016 10:36 (UTC+04:00)

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə yeni Real Limitsiz internet paketlərini təqdim edir. Şirkətdən Trend-ə verilən məlumata görə, 1Mbit/s və ya 2Mbit/s sürətlə sözün əsl mənasında Limitsiz internet trafikinə malik olan bu yeni internet paketləri planşet və USB modem istifadəçilərinin yüksək tələblərinə tam cavab verir.

Bütün növ planşet istifadəçiləri 1Mbit/s sürətlə yeni limitsiz internet paketlərini gələcəkdə başqa internet paketlərinə keçmək imkanı ilə ayda cəmi 12 AZN ödəyərək əldə edə bilərlər. USB modemi və ya planşet üçün yeni SİM karta ehtiyac olduğu halda, abunəçi sadəcə Bakcell şirkətinin Xidmət Mərkəzinə və ya diler mağazasına gələrək 1Mbit/s sürətlə Real Limitsiz internet paketini alıb SİM kartı pulsuz əldə edə bilər.

Planşet, noutbuk və masaüstü kompüter istifadəçiləri üçün ayda 20 AZN qiymətə 2Mbit/s sürətlə digər Əsl Limitsiz internet paketi də nəzərdə tutulub.

Sadalanan paketlərdən əlavə olaraq, Bakcell abunəçiləri cəmi 35 AZN qiymətə USB modem, SİM kart və 1Mbit/s sürətlə Real Limitsiz internet paketinə 1 aylıq abunəni daxil edən sərfəli paketdən də faydalana bilərlər.

12 AZN qiymətə 1Mbit/s sürətlə Real Limitsiz internet paketi *134*111#YES kodunu yığmaqla aktivləşdirilə bilər. 20 AZN qiymətə 2Mbit/s sürətlə Real Limitsiz internet paketini almaq üçün Bakcell abunəçiləri *134*222#YES kodunu yığmalıdırlar.

“Bakcell öz müştərilərinin artan gözləntilərini daim diqqət mərkəzində saxlayır. Bu, bizi rəqiblərimizdən fərqləndirən xüsusiyyətlərdən biridir. Kompüterə qoşulan USB modem və ya planşet vasitəsilə internetdən istifadə edən abunəçilərin daha böyük həcmdə mobil internet trafikinə ehtiyacı olur. Biz inanırıq ki, yeni internet paketləri belə abunəçilər üçün çox sərfəli olacaq və onlar Bakcell şəbəkəsinin təmin etdiyi yüksəksürətli internetdən maksimum faydalanacaqlar”,-deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib.

Bakcell abunəçiləri sadəcə *560#YES yığmaqla sərfəli yeni internet paketləri barədə pulsuz əlavə məlumat ala bilərlər.

***
Bakcell haqqında:

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.