İstanbulda “Sözün sultanı Şah Xətai” adlı mərasimin keçiriləcək

14 Oktyabr 2016 11:49 (UTC+04:00)

Bir neçə il əvvəl Bakıda keçirilən Şah İsmayıl Xətai konfransına ardıcıl olaraq sabah Türkiyənin İstanbul şəhərində “Sözün sultanı Şah Xətai” adlı mərasimin keçirilməsi nəzərdə tutulub. Azadinform xəbər verir ki, Türkiyənin Ələvi Federasiyasının təşkil etdiyi bu tədbirə Azərbaycandan “Savalan” qrupu dəvət alıb. Qrupun rəhbəri Novruz Novruzlunun bildirdiyinə görə, Türkiyədən olan Albayrak qardaşları da çıxışlarını iştirakçılara təqdim edəcəklər. Tədbir 15 oktyabr saat 20:00-da Türkan Saylan adına Mədəniyyət Mərkəzində keçiriləcək.