"Pana Film" "Kurtlar Vadisi"nə görə məhkəməyə verildi

14 Oktyabr 2016 12:21 (UTC+04:00)

Türkiyə Patent İnstitu "Kurtlar Vadisi Darbe" adını almaq üçün müraciət edən "Pana Film"i məhkəməyə verib.

Movqe.az-ın axşam.az-a istinadən məlumatına görə, buna səbəb şirkətin 15 iyulda baş vermiş qiyam (darbe) haqda filmin adını hadisələrdən əvvəl alması olub. Şirkətin adına Ali Çavuşoğlu mayın 24-də dövlət orqanına müraciət edərək "Kurtlar Vadisi Darbe" markasını almaq istədiyini deyib.

Bundan sonra isə 15 iyulda hərbi çevrilişə cəhd edilib. Patent İnstitu da bunu şübhəli bildiyi üçün prokurorluğa müraciət edib.