"Facebook" telefonları ?

14 Yanvar 2013 16:00 (UTC+04:00)
Movqe.az xəbər verir ki, sosial şəbəkə nəhəngi "Facebook"un sabah reallaşdıracağı fəaliyyətdə "Facebook" model telefonunu təqdim edəcəyi düşünülür. Uzun müddət söz-söhbətə səbəb olan "Facebook" markalı telefon bu dəfə reallığa çevriləcək. Şirkətə yaxın mənbələr "Facebook"un reallaşdıracağı fəaliyyətdə "Facebook" markatelefon və ya "Facebook OS" əməliyyat sistemi altında işləyən, başqa bir istehsalçının hazırladığı telefonu təqdim edəcək. "Facebook"da isə hələ bu haqda məlumat verilməyib.