Kolumbiya Xocalı hadisələrini soyqırım kimi tanıdı

23 Aprel 2012 18:25 (UTC+04:00)

Kolumbiya Senatında Azərbaycan torpaqlarının işğalı haqqında sənəd qəbul edilib. ANS PRESS-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.


Senatın qəbul etdiyi sənəddə Xocalıda baş vermiş cinayət soyqırım adlandırılıb. Sənədə əlavədə Azərbaycana qarşı təcavüz siyasətinin tarixi, Azərbaycanın mövqeyi, Qarabağ və ətrafındakı 7 rayonun ermənilərin işğalı altında olduğu, 1 mln-a yaxın azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyü bildirilir, əhaliyə qarşı zorakılıq, insan hüquqlarının pozulması pislənilir.


E. Abdullayev bildirib ki, Latin Amerikası ölkələri arasında Meksikadan sonra Kolumbiya da Xocalıda baş verən hadisələrə soyqırım kimi qiymət verib. Qərar senatdan öncə onun 2-ci konstitusional daimi komitəsində irəli sürülüb. Tələb olunan 102 səs toplanıb və sənəd yekdilliklə qəbul olunub.