Amerikanın ən gözəl qızı
14 Yanvar 2013 16:28 (UTC+04:00)
Movqe.Az bildirir ki, ABŞ-da dünən gecə
keçirilən "Miss America" gözəllik müsabiqəsini qazananı Nyu York
gözəli 23 yaşlı Mallori Haytes Hagan olub. Brpklinli Hagan, ötən ay
Konnektikutta yaşanan silahlı hücum sonrası məktəblərə silahlı
gözətçilər qoyulması lazım olub-olmadığı sualına verdiyi, "Şiddətə
şiddətlə qarşılıq verilməməli" fikri ilə münsiflərin könlünü
qazanıb. Yarışmada ikinciliyi "Miss South Carolina" Eli Rocers
qazanıb. 16 finalçı arasında iştirak edən otistik Aleksis Vaynmen
isə Montananı təmsil edərək tarixə keçib.