5000 işçiyə qısa fasilə verilib

14 Yanvar 2013 17:20 (UTC+04:00)
Movqe.Az bildirir ki, Avropa bölgəsində yaşanan iqtisadi böhran, ağır sənaye istehsalçılarını satış baxımından çətin vəziyyətə salıb. Böhrandan təsirlənən "MAN"ın, təxminən beş min işçisini qısa fasiləyə göndərdiyi xəbəri verilib. Yeni il tətilində iki həftə işçilərini məcburi tətilə çıxaran "MAN", Münhen və Salzgitter istehsal təsislərində bu həftədən etibarən tək növbə işçilər işlərinə davam edəcək. Qısa vaxt işlərin bu ilin ortasına qədər davam edəcəyi qeyd edilib. "MAN" Münihdə yük maşını və TIR, Salzgitterdə isə yük maşını və avtobus kapotu çıxarır. Şirkət rəhbərliyi, uzun vəd edən yeni tətbiqlər və qənaətli vasitələrə ehtiyac olacağını hesablayaraq satışlarda təkrar artım olacağını bildirir. Digər tərəfdən Almaniyanın ən böyük avtomobil şirkətlərindən "Volkswagenin" (VW) sahibi olduğu "MAN" üzərindəki idarəsini daha da artıracağı qeyd edilib.