Sevişərkən dağdan yıxıldılar

14 Yanvar 2013 16:27 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İngiltərənin Yorkşire şəhərindəki gözəl bir  yaşıl sahəyə gedən 30 yaşlı bir cütlük üç yarım metrlik bir daş divarın qarşısında sevişməyə başlayıb. Elə bu vaxt qadın daş divarın hərəkət etdiyini hiss edib.Kişi qadını tutmaq isdəyəndə qadının ağırlığı ilə üç yarım metr yüksəklikdən aşağı düşüb. Xilasetmə, sağlamlıq qrupu, dağ xilasetmə qrupu hətta xilasetmə vertolyotunun təcili olaraq müdaxilə etdiyi hadisədə cütlük müalicə altına alını​b​. Şənbə günü, gündüz saatlarında baş verən qəzanı Yorkşire Xilasetmə qrupu rəsmisi "olduqca maraqlı" bir qəza olaraq xarakterizə edib.