Lənkəranda 63 yaşlı kişini bıçaqladılar

14 Yanvar 2013 17:59 (UTC+04:00)
Lənkəranda bıçaqlanma hadisəsi baş verib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötən gün saat 20.00 radələrində qeydə alınıb. Lənkəran şəhər sakini, 1990-cı il təvəllüdlü Aqil Vüqar oğlu Xasıyev şəxsi münaqişə zəminində həmyerlisi, 1950-ci il təvəllüdlü Hicran Hüseyn oğlu Kazımova 7 bıçaq zərbəsi ilə ağır bədən xəsarəti yetirib. H. Kazımov bədəninin müxtəlif nahiyələrinin kəsilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hadisəni törətmiş A. Xasıyev isə polis tərəfindən saxlanılaraq istintaq orqanlarına təhvil verilib. Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.