Adeledən yeni albom xəbəri

14 Yanvar 2013 17:59 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ingilis müğənni Adele pərəstişkarlarına yeni albom xəbəri verib. Qızıl Kürə Mükafatları üçün Los Ancelesdə olan müğənni, növbəti ay yeni albom üçün işlərə başlayacağını açıqlayıb. Yeni albomun il sonundan əvvəl təqdim edəcəyini ifadə edən Adele, oktyabr ayında oğlunu qucağına almışdı. Ötən fevral ayından bu yana səhnəyə çıxmayan Adele, 24 fevralda reallaşacaq "Oscar" mərasimində iştirak edəcək. Adelenin 6 budaqda "Grammy" mükafatı qazanan son albomu 10 milyondan çox satılmış və 1991-ci ildən bu yana 10 milyondan çox satışa çatan 21-ci albom olmuşdu.