Yeni portreti tapıldı
14 Yanvar 2013 19:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Avstriyalı bəstəkar
Volfqanq Amademus Motsartın 1783-cü ildə bir tütün qabının üzərinə
çəkilən orijinal bir portretinin tapıldığı bildirilib. Mərkəzi
Avstriyanın Salzburq şəhərində tapılan Motsart Vəqfinin rəsmiləri,
üzərində Motsartın portreti olan tütün qabının, Almaniyanın Drezden
şəhərində yaşayan mis sənətkar Gottşikə aid olduğu bildirilib. Vaqf
səlahiyyətliləri bir çox sənəd üzərində apardıqları araşdırmada
1783-ci ilə aid Motsart portretinin orijinal olduğunu təyin
etdiklərini bildiriblər. Drezdenli mis sənətkar Gottşikin tütün
qabının üzərində bu portretin rəssam Qrassisin bir portretdən
ilhamlanaraq çəkdiyi ifadə edilib. Vəqf səlahiyyətliləri bəstəkar
Motsartın şəkillərinin yanvar ayının sonunda Salzburqdakı evində
sərgiyə qoyulacağını bildiriblər.