Bəşər Əsəd 2014-cü il prezident seçkilərində iştirak edəcək

15 Yanvar 2013 10:30 (UTC+04:00)

Suriyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkənin lideri Bəşər Əsəd 2014-cü il prezident seçkilərində ümumi əsaslarla iştirak etmək niyyətindədir. Nazirlik bildirib ki, Bəşər Əsəd hakimiyyətin ötürülməsi istiqamətində istənilən aktda vacib rol oynamaq niyyətindədir.

Qeyd edək ki, Bəşər Əsəd yanvarın 6-da ötən ilin iyunundan sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib. O, siyasi dialoqun başlanması üçün rejional fövqəldövlətlərin müxalifəti maliyyələşdirməsinə son qoymasını və Suriya sərhədlərində qayda yaradılması şərtini irəli sürüb. Bəşər Əsədin sözlərinə görə, bundan sonra yeni milli xartiya üzərində iş başlaya və layihə referenduma çıxarı bilər. Ən sonda isə parlament seçkiləri keçiriləcək və yeni hökumət yaradılacaq.

Suriya müxalifətinin liderləri isə Bəşər Əsədin irəli sürdüyü planı rədd ediblər.