Putin ermənilərlə hərbi əməkdaşlığı genişləndirir

15 Yanvar 2013 11:03 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin hökumətin Ermənistanla danışıqların aparılmasına dair təklifi bəyənib. Rusiya hökuməti Ermənistanla hərbi-texniki əməkdaşlığın inkişafına dair sazişin imzalanması üçün danışıqlar aparmaq niyyətindədir.
Putinin imzaladığı sərəncama əsasən, Rusiya hökuməti Ermənistanla aparılacaq danışıqların yekununa dair müvafiq saziş imzalayacaq.