Masallıda minik avtomobili yanıb

15 Yanvar 2013 11:06 (UTC+04:00)

Masallı şəhərində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötən gün saat 20.00 radələrində qeydə alınıb. Şəhər sakini, 1983-cü il təvəllüdlü Şamil Malik oğlu Mahmudova məxsus "VAZ-2107" markalı, 10 LV 737 dövlət nömrə nişanlı minik avtomobilinin söndürülməsi üçün hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində xəsarət alan olmasa da, avtomobilin yanar hissələri yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.