Daha bir saxta diplom alverçisi ələ keçdi

15 Yanvar 2013 12:40 (UTC+04:00)
Bakı sakini saxta diplom satarkən tutulub. Movqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan Qabil Rəhimov Tibb Universitetinin saxta diplomunu 5000 ABŞ dollarına satarkən həbs olunub. Faktla bağlı araşdırma aparılır.