Polislər qəzaya düşdülər

15 Yanvar 2013 13:07 (UTC+04:00)
Bakının Suraxanı rayonunda polis əməkdaşları xidmət zamanı ağır yol qəzasına düşüblər. Rayon Polis İdarəsindən verilən məlumata görə, yanvarın 15-nə keçən gecə Dədə Qorqud qəsəbəsində içərisində polis əməkdaşlarının olduğu "Fiat-Double" markalı maşın Elçin Bayramovun idarə etdiyi "VAZ-2109" markalı avtomobillə toqquşub. Qəza zamanı polislər – 31 yaşlı Şamil Cəbrayılov, 47 yaşlı Rafiq Qazıbəyov və "VAZ-2109"un sürücüsü E.Bayramov xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır.