Günelin məhkəməsi keçirildi - "Qızıl Məryəm" cinayəti

14 Oktyabr 2016 17:15 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Movqe.az qafqazinfo-ya istinadən bildirir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N.Eyvazov ifadə verib.

O bildirib ki, qətldən öncə Günel Hüseynova ona mərhum Məryəm Nametzadəni izləməsi barədə göstəriş verib.

Məhkəmənin növbəti prosesi oktyabrın 21-də davam etdiriləcək.