Azərbaycanda talassemiya təhlükəsi - Daşıyıcı xəstə sayılırmı?

15 Oktyabr 2016 10:30 (UTC+04:00)

Azərbaycanda əhalinin 8 faizi, təxminən 1 milyona yaxın insan talassemiya daşıyıcısıdır.
Movqe.az bildirir ki, hər il 200 uşaq talassemiya daşıyıcısı olaraq dünyaya gəlir. Statistika həyacan təbilini çalmağa əsas verir. 1 milyon insanı əhatə edən bu xəstəlik gələcək ailələr üçün hansı problemlər yarada bilər?

Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyir ki, 1 milyon insanın daşıyıcı olması onların xəstə olması demək deyil. Çünki daşıyıcı praktiki olaraq sağlam insan sayılır.

Qeyd edək ki, nikahla bağlı məcburi müayinə çərçivəsində ötən ilin iyunun 1-dən bugünə qədər müayinədən keçən 197 min 554 şəxsdən 9131 nəfərində talasemiya aşkarlanıb. Onlardan 71 cütlüyün hər ikisində talassemiya aşklarlanıb. Bu müddət ərzində 3 ailə hamiləliyin pozulmasına qərar verib. Odur ki, hematolqolar evlilik planları qurmazdan əvvəl gəncləri müayinələrdən keçməyə çağırır./atv/