Erməni hərbi birləşmələri işğal altındakı Azərbaycan torpaqlarında yanğınlar törədib

14 Oktyabr 2016 17:25 (UTC+04:00)

Erməni hərbi birləşmələri işğal edilən Azərbaycan torpaqlarında yanğınlar törədib.

Movqe.az-ın xəbərinə görə, yanğınlar Ağdamın işğal altında olan Tərnöyüt və Xaçınabad kəndləri ərazisində müşahidə olunur.

Qeyd edək ki, Erməni silahlı qüvvələri bu gün səhər saatlarında Ağdamın uzun dərə adlanan ərazisində hərbi təlimlər keçirib. Günorta saatlarında isə canlı qüvvənin hərəkəti müşahidə olunub. Eyni zamanda ermənilərə məxsus hərbi texnikanın Xocavənd rayonu istiqamətində də hərəkəti müşahidə olunub. /apa/