Düşmən iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi pozmaqda davam edir

15 Oktyabr 2016 12:30 (UTC+04:00)

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 8 dəfə pozub.

Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, işğal altında olan Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.