Bakıda istintaq təcridxanasına narkotik maddənin keçirilməsinin
qarşısı alınıb. Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar
Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş
idarəsinin və 3 saylı İstintaq təcridxanasının əməkdaşları
tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri
nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı
alınıb.
Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələrinə əsasən həbsdə
saxlanılan Ramazanov Sərvan Əlikram oğluna qardaşı Bərdə rayon Lək
kənd sakini Ramazanov Sərxan Əlikram oğlu tərəfindən gətirilmiş
sovqata baxış keçirilən zaman plastik qabın içərisində olan
dolmanın altında sellofana bükülərək gizlədilmiş, 8.328 qram
marixuana aşkar edilərək götürülüb.
Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün
Xəzər Rayon Polis İdarəsinə göndərilib/trend/