Hacıqabulda yeməkxana yanıb

16 Oktyabr 2016 11:37 (UTC+04:00)

Hacıqabulda yanğın qeydə alınıb.

Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Hacıqabul rayonu, Qızılburun kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı yeməkxananın lambirdən ibarət tavanı 80 m2 sahədə yanıb.

Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 05:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.