Bu gün xalq artisti Zülfiyyə Xanbabayevanın ad
günüdür.
Movqe.az-ın məlumatına görə, 49 yaşını qeyd edən müğənni
təəssüratlarını bölüşüb. "Lider" telekanalında yayımlanan "Tezdən
oyan" verilişinə telefonla bağlanan ifaçı ilk təbriki ailəsindən
aldığını deyib:
"Bu günü dostlarım və ailəmlə qeyd edəcəyəm. Onların yanında böyük
ad günü edəcəyik. İlk təbrikim doğma insanlardan oldu. Dünən
gecədən güllərlə, hədiyyələrlə evimizi zəbt ediblər. Qızım Dəniz bu
gün hədiyyəsini verəcək, öz əlləri ilə hazırlayıb".
Qeyd edək ki, Z.Xanbabayeva Bakı şəhərində anadan olub. Uşaqlıqdan
incəsənətə marağı olan Z. Xanbabayeva babasını, nənəsini və
qohumlarını bir yerə yığaraq onlar üçün kiçik "konsertlər"
verib.
161 nömrəli məktəbdə oxuyub. Məktəbi bitirdikdən sonra
Z.Xanbabayeva İncəsənət İnstitutunun "Teatr rejissorluğu"
fakültəsinə daxil olub. Zülfiyyə ilə bir kursda indi onun
prodüsseri olan Nigar Hacızadə oxuyub. Məhz o 1987-ci ildə öz
rəfiqəsini Brilliant Dadaşova ilə tanış edib. O, bəstəkar Cavanşir
Quliyevə yeni addımlar atan müğənninin ifasına qulaq asmağı tövsiyə
edib. İfaçı 1989-ci ildə "Bakı Payızı-88" musabiqəsində iştirak
edir və Vaqif Gərayzadənin "Səni xatırlayarkən" mahnısını oxuyaraq
finala çıxıb.
1994-cü ildə Vaqif Gərayzadənin "Aypara" qrupunda iştirak edib.
Qrupdan ayrıldıqdan bir müddət sonra Z.Xanbabayeva solo karyerasına
başlayıb. 2005-ci ildə "Canım məmləkətim " adı altında Azərbaycanın
dilbər güşələrinə öz konsert proqramları ilə turneyə çıxıb.
Zülfiyyə Xanbabayevanın ilk evliliyi ötən əsrin 90-cı illərinə
təsadüf edir. Müğənni Aydın adlı şəxslə ailə həyatı qurub. Sonradan
ilk ailə həyatına rəsmi şəkildə son qoyan Z.Xanbabayeva uzun
müddətdən sonra ikinci evliliyə imza atıb. O, Simurq futbol
klubunun prezidenti Zaur Məmmədovla evlənib. Onların Dəniz adlı
qızı var.