Lozannada Suriya üzrə çoxtərəfli görüş başlayıb

16 Oktyabr 2016 18:00 (UTC+04:00)

İsveçrənin Lozanna şəhərində Rusiya, ABŞ və bir sıra regional dövlətlərin xarici işlər nazirlərinin iştrakı ilə Suriya münaqişəsinin nizamlanması üzrə görüş başlayıb.

Movqe.az İnterfax-a istinadən verdiyi məlumata görə, əsas mövzularından biri atəşkəs müddətinin yenidən uzadılması olacaq.