Tanınmış müğənni musiqi həyatına son qoyacaq

15 Yanvar 2013 15:22 (UTC+04:00)
Movqe.Az bildirir ki, Avstraliyalı məşhur müğənni Kayli Minoq, 25 illik musiqi həyatına son verəcəyini açıqlayıb. 44 yaşlı müğənninin uzun müddətdir menecerliyini edən Terri Blemi müsahibəsində, "Kayli yaxın bir zamanda musiqi kariyerasına son qoyacaq" deyərək danışıb. Xatırladaq ki, Kayli Minoq bir vaxtlar döş xərçəngi xəstəliyi ilə mübarizə apamış və mübarizəsi uğurla nəticələnmişdi.